Dünya

İrəvanda Paşinyanın istefası tələbi ilə mitinq keçiriləcək

Sharing is caring!


“Birgə” hərəkatı martın 13-də İrəvanda baş nazirinin istefası tələbi ilə mitinq keçirəcək.

Bu barədə hərəkatın üzvü, Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan jurnalistlərlə görüşündə bildirib.

O, mitinqin saat 18:00-da Azadlıq meydanında baş tutacağını qeyd edib.

Baqratyan bildirib ki, bu müddət ərzində hərəkat nümayəndələri bir çox mühüm görüşlər keçiriblər. Onun sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişikliyi labüdləşir. O, vətəndaşları bu prosesin bir hissəsi olmağa çağırıb.

“Biz vətəndaşları yavaş-yavaş mübarizəyə qaldıracağıq. Xalq bizə qoşulmalıdır. Belə olan halda (Ermənistanın baş nazirinə – red.) deyə bilərik: “Xalq buradadırsa, xalqdan hansı dəstəyi alırsınız?” – deyə sabiq baş nazir qeyd edib.

Onun sözlərinə görə, Nikol Paşinyan hakimiyyəti qəsb edib.

“Biz bütün müxalifət qüvvələri ilə əməkdaşlığa açığıq. Əminəm ki, güclü birləşmə baş verəcək”, – deyə Baqratyan vurğulayıb.

Mənbə: news.am

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir