Cəmiyyət

Zaqatalada şəhidlər abidəsi dağılıb – VİDEO

Sharing is caring!

Zaqatalanın Qandax kəndində şəhidlər üçün ucaldılmış abidə dağıdılıb. 

Bu barədə Lent.az-a kənd sakinləri məlumat veriblər. 

Belə ki, bir müddət əvvəl çörəkdaşıyan avtomobil yerli sakinlər tərəfindən salınmış abidəyə çırpılıb. Nəticədə abidə dağılıb. Hadisədən uzun müddət keçəsinə baxmayaraq, abidə hələ də təmir olunmayıb. 

Məsələ ilə bağlı Qandax kənd bələdiyyəsinin sədri Rəvanə Bayramova bildirib ki, hazırda abidənin yenidən qurulması istiqamətində işlər gedir:

“Təxminən iki ay öncə çörəkdaşıyan maşının sürücüsü idarəetməni itirdiyi üçün həmin şəhidlər abidəsinə çırpılmışdı. Hadisə nəticəsində abidə yararsız hala düşdü. Hazırda abidə qəza törətmiş şəxs tərəfindən təmir olunur. Sürücü artıq şəhidlərin şəkillərini hazırlanması üçün sifariş edib”.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir