Cəmiyyət

Qarlı hava yollarda hərəkəti çətinləşdirdi – FOTO/VİDEO

Sharing is caring!

Dekabrın 4-dən etibarən müşahidə olunan qarlı-şaxtalı hava şəraiti bir sıra yollarda hərəkəti çətinləşdirib.

Oxu.Az-ın məlumatına görə, Gəncə-Daşkəsən, Şəmkir-Gədəbəy istiqamətində yollarda hərəkət iflic olub. 

Sözügedən yollarda buzlaşma müşahidə olunur.

Hazırda yollara duz qarışıq qum səpilir. Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı yollarda nəzarət tədbirlərini gücləndirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov saytımıza bildirib ki, Qərb bölgəsindəki dağlıq ərazilərdə yağan qar, havanın temperaturunun enməsi, həmçinin bəzi yerlərdə duman olması nəqliyyatın hərəkətini çətinləşdirib:

“Bununla bağlı ərazi üzrə polis şöbələrinin yol polisi bölmələrinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar. Sürücülərdən xahiş olunur ki, həmin ərazilərdə maksimum diqqətli olsunlar, nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir