Cəmiyyət

İsmayıllıda kişi evində boğularaq öldü

Sharing is caring!

İsmayıllı rayon sakini vəfat edib.

Oxu.Az-ın xəbərinə görə, rayonun Qəzli kənd sakini, 43 yaşlı  Asif Mustafayev yaşadığı zəhərlənərək ölüb.

İlkin araşdırmaya görə, o, evdə qaz sobasından sızmış dəm qazından dünyasın dəyişib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunn baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-a bildirib ki, İsmayıllı rayonunun Qəzli kəndində yerləşən fərdi yaşayış evində 1979-cu il Asif Mustafayevin ölməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub:

“Polis, eləcə də prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. İlkin araşdırma zamanı həmin şəxsin qaz sobasından çıxan dəm qazından zəhərlənərək öldüyü məlum olub. Faktla bağlı araşdırma aparılır”.

 

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir