İdman

“Qarabağ” – “Molde” oyunu üçün Şotlandiyadan gəlirlər

Sharing is caring!


UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda keçiriləcək “Qarabağ” – “Molde” (Norveç) oyununun təyinatları bəlli olub.

AFFA-nın saytının yaydığı məlumata görə, qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Con Bitona Daniel Makfarlan və Duqlas Potter laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını isə Metyu Makdermid yerinə yetirəcək.

VAR-da (Video Köməkçi Hakim) Nikolas Valş, AVAR-da (Video Köməkçi Hakim Assistenti) isə Steven Makleyn yer alacaqlar.

Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq görüş saat 20:45-də başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir