Cəmiyyət

Qardaşının DYP tərəfindən saxlanılan maşınını aşırdı – FOTO

Sharing is caring!

Göyçay rayonunda iki yük avtomobili toqquşub.

“Unikal” xəbər verir ki, bu gün saat 11:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçayın Qarabaqqal kəndi ərazisindən keçən hissəsində 31-BC-781 dövlət nömrə nişanlı “KamAZ” markalı yük avtomobili hərəkətdə olarkən sürücü qayda pozuntusuna görə ərazidə xidmət aparan DYP əməkdaşının verdiyi “Saxla” əmrinə tabe olaraq nəqliyyat vasitəsini dayandırıb.

Onun arxası ilə sürətlə gələn 50-BH-512 dövlət nömrə nişanlı digər “KamAZ” markalı avtomobil ara məsafəsini düzgün seçmədiyi üçün qarşıdakı yük avtomobilinə çırpılıb. Nəticədə qarşıdakı yük avtomobili yoldan çıxaraq aşıb. Hadisə zamanı hər iki avtomobilin sürücüsü yüngül xəsarət alıb. Mişar daşı ilə dolu olan nəqliyyat vasitələrinin icarə əsasında iki qardaş tərəfindən idarə olunduğu bildirilir. 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir