Cəmiyyət

Cəlilabadın Moranlı kəndində işıq dirəkləri çürüyüb, naqillər təhlükə mənbəyinə çevrilib – FOTO

Sharing is caring!

Cəlilabad rayonunun Moranlı kəndinin elektrik təsərrüfatı bərbad vəziyyətə düşüb.

Bu barədə “Report”un yerli bürosuna yaşayış məntəqəsinin sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, artıq bir neçə ildir kəndin elektrik xətləri istismara yararsız vəziyyətdədir və dirəklər hər an aşa bilər.

Sakinlər deyirlər ki, uzun illər əvvəl taxta-şalban materiallarından hazırlanan işıq dirəkləri çürüdüyündən təhlükə mənbəyinə çevrilib. Məlumata görə, bundan əlavə, naqillərin qırıq-qırıq olması tez-tez təhlükəli vəziyyət yaradır.

Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətindən “Report”un yerli bürosuna bildirilib ki, hazırda rayonun bir çox kəndinin ərazisində elektrik təsərrüfatının yenilənməsi işləri gedir:

“İnvestisiya proqramı çərçivəsində Moranlı kəndinin də elektrik təsərrüfatı yenidən qurulacaqdır”.

Amma bu işlərə nə zamandan başlanacağı ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, Moranlı kəndi rayon mərkəzindən təxminən 30 kilometr uzaqda yerləşir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir