Cəmiyyət

32 yaşlı bir uşaq anasının sizin köməyinizə ehtiyacı var – FOTO

Sharing is caring!

32 yaşlı Pənahova Nuranə Vaqif qızı xərçəng xəstəliyindən əziyyət çəkir. 

Bu barədə Oxu.Az-a onun özü məlumat verib.

“2020-ci ilin iyun ayında mədə xərçəngi diaqnozu qoyuldu. 4-cü kimyaterapiyanı aldıqdan sonra müəyyən olundu ki, xəstəliyim ağciyərlərimə yayılıb.Hazırda mədəmdəki şişin uzunluğu 10 ,eni 2 santimetrdir. Qaraciyərin qapısında 15 millimetr şiş var. Mədəmdə daralma var, get gedə yemək yeyə bilmirəm. Əvvəl 21, indi 14 gündən bir kimyaterapiya alıram. Buna imkanım çatmır.

Aldığım hər kimyaterapiyanın qiyməti 300 manatdır. İki kimyaterapiya qəbul etdikdən sonra hər dəfə analiz verirəm. Ay ərzində 1300 manatdan çox pula ehtiyacım olur müalicəm üçün, amma çatdıra bilmirəm. Həkimlər ağciyərimdə olan törəməni koronavirusa bənzədirlər. Bunu müəyyən etmək üçün isə PET/KT müayinəsindən keçməliyəm, ödənişi isə 1500 manatdır. İmkanı olan şəxslərdən mənə yardım göstərmələrini xahiş edirəm”.

Məlumat üçün bildirək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Nuranə Pənahova ilə əlaqə saxlanılıb:

“Nuranə xanım İTSDA xidmətlər zərfi çərçivəsində MRT, KT müayinələrinə göndəriləcək. Amma qeyd olunan PET/KT müayinəsi xidmətlər zərfində olmadığı üçün bununla bağlı köməklik göstərə bilmirik”.

Qeyd edək ki, Nuranə Pənahovanın 8 yaşlı oğlu var.

Nuranə xanımın əlaqə nömrəsi: 055 898 38 23

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir