Cəmiyyət

Kəlbəcərin azadlığa qovuşması gerçək uğurumuzdur 

Sharing is caring!

         Biz yaxşı bilirik ki, 1990-сı illərin əvvəlləri Azərbaycan tarixinin ən ağrılı səhifəsi olan birinci Qarabağ müharibəsi bizim üçün çoxlu qurbanlarla, itkilərlə həyatımıza yazılsa da, 2020-ci ilin 25 noyabrı tariximizə qızıl hərflərlə həkk olunmuşdur. Bu tarixin hadisələrini cismən yaşayan Kəlbəcər vətəndaşları da uzun sürən keşməkeşlərdən sonra nəhayət ki azadlığa qovuşdu.

        Kəlbəcər rayonu Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1993-cü il 2 aprel tarixində işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır. 

       Burada güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi, bütün strateji yüksəkliklərdə düşmən yerləşmişdi. Müharibənin ilk günündə əldə edilmiş qələbələrdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi xalqımıza əlavə güc verdi. Ərazinin azad olunması bölgədəki strateji yollara da nəzarətimizi təmin etdi və düşmənin canlı qüvvəsinin hərəkəti üçün, manevrləri üçün çox böyük problemlər və məhdudiyyət yaradıldı. Düşmənin çox böyük canlı qüvvəsi müharibənin son gününə qədər digər əməliyyatlarda iştirak edə bilmirdi.

      Bunlar hamısı tarixi hadisədir və xalqımızın yaddaşında daim yaşayacaq. Həmin hadisəni izləyərkən bir daha əmin oluruq ki, müstəqil Azərbaycan ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub. Bu gün iqtisadiyyatda əldə edilmiş sıçrayışlı inkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq Azərbaycan keyfiyyətcə yeni pilləyə – modernləşmə mərhələsinə qədəm qoyub.   

Məmmədzadə Əliyev,

Cəlilabad RİH-in əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir