Cəmiyyət

Şəmkirdə qardaşlar mübahisə zamanı həmkəndlilərini bıçaqladılar

Sharing is caring!

Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.

Oxu.Az-ın məlumatına görə, rayon sakini, 33 yaşlı P.İsayev mübahisə zəminində bıçaq xəsarəti alıb.

O, xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov saytımıza açıqlamasında bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə rayonun Könüllü kənd sakini, 1989-cu il təvəllüdlü Pərviz İsayevin bir neçə bıçaq zərbəsi alaraq Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilməsi barədə məlumat daxil olub:

“Dərhal polis əməkdaşları təxirə salınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirib. Araşdırmalar zamanı məlum olub ki, P. İsayev həmkəndlisi Azər Əliyev ilə mübahisə edən zaman, sonuncunun qardaşı Bəxtiyar Əliyev özünəməxsus bıçaq ilə ona bir neçə bıçaq zərbəsi vurub, P.İsayev isə A.Əliyevin qarın və bel nahiyəsinə çoxsaylı bıçaq zərbələri vurub. 

Hazırda araşdırmalar davam etdirilir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir