Cəmiyyət

Bakı metrosunda problem yarandı, qatarlar gecikdi

Sharing is caring!

Sosial şəbəkələrdə “Bakı Metropoliteni” QSC-nin “28 May” metro stansiyasında işıqların söndüyünə dair məlumat yayılıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumatın doğru olmadığını, problemin “Avtovağzal” stansiyasında yarandığını deyib:

“Gərginlik düşməsi nəticəsində “Avtovağzal” stansiyasında saat 11:55-də işıqlanma sistemində problem yaranıb. 4 dəqiqədən sonra işıqlandırma bərpa olunub. “Bənövşəyi xətt” üzrə qatarların hərəkətində 4 dəqiqə gecikmə olub. Hazırda problem tam aradan qaldırılıb. Qatarlar interval üzrə hərəkət edirlər”.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir