Dünya

Boşanmaq istəyən 21 yaşlı həyat yoldaşını gözündən güllələdi – FOTO

Sharing is caring!

Ayrılmaq istədiyi əri tərəfindən ov tüfəngi ilə vurulan gənc qadın sağ gözünü itirib, sol gözündə isə görmə məhdudiyyəti yaranıb.

“Haber Global”ın məlumatına görə, dəhşətli hadisə Türkiyənin Qaziantep vilayətində baş verib.

Məlumata görə, əri Behzat Y.-dən ayrılmaq istəyən 21 yaşlı Dilek Y. ata evinə qayıdıb. Behzat Y. danışmaq bəhanəsi ilə qayınatasının evinə gedib və orada arvadına atəş açıb.

Tüfəngdən çıxan güllələr Dilek Y.-nin başına dəyib. Qan içində yerə yıxılan qadın 21 gün reanimasiyada yatıb.

Hadisə günü ilə bağlı gənc qadın bunları deyib:

“10 ay evlilik yaşadım. Ərim narkotik istifadəçisi idi, məni də buna təşviq edirdi. Ayrılmaq istədim və ailəm gəlib məni apardı. Bir müddətdən sonra o, bu məsələləri danışmaq üçün bizə gəldi. Siqaret çəkmək bəhanəsi ilə çölə çıxdı. Həmin vaxt o, ov tüfəngini gətirib. Ərim hər şeyi öncədən düşünübmüş. Gəldi və mənə “ya mənimsən, ya qara torpağın” – deyərək atəş açdı…Qadına şiddətə yox deyirik. İnsan həyatı bu qədər ucuz olmamalıdır”.

O, ərinin ən ağır şəkildə cəzalanmasını tələb edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir