Cəmiyyət

İstilik mövsümünə hazırlıq hansı səviyyədədir? – AÇIQLAMA

Sharing is caring!

Artıq havalar soyumağa başlayıb. Noyabrın 15-dən etibarən paytaxt və digər ərazilərdə yaşayış binalarına, eləcə də aidiyyəti üzrə dövlət müəssisələrinə istiliyin verilməsinə başlanılacaq. 

Bəs “Azəristiliktəchizat” ASC istilik mövsümünə hazırdırmı?

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ASC istilik mövsümünə dair təmir-bərpa işlərini yekunlaşdırıb:

“Cəmiyyət qışa tam hazırdır. Bakı şəhəri və respublikanın regionlarında olan digər 538 qazanxana və 87 istilik məntəqəsi noyabrın 15-dən işə qoşulacaq. Qeyd edək ki, istilik mövsümü ərzində istehlakçılar istilik enerjisi ilə tam təmin olunacaqlar.

Bakı şəhəri və respublikanın digər regionlarında balansında olan 564 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 180 minə yaxın mənzil, habelə 2085 sosial və təsərrüfat hesablı obyektləri istiliklə təmin edilir”.

“Azəristiliktəchizat” ASC ölkə ərazisində 2022-2023-cü payız-qış mövsümündə həm də 282 məktəbi və 157 uşaq bağçasını istiliklə təmin edəcək. 73 yaşayış binasında 16 minə yaxın sakinə isti su xidməti göstəriləcək.

1000 km-dən artıq magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib və mövsüm zamanı su itkisi yarana biləcək istilik xətlərinin yeni xətlərlə əvəz olunması işləri yekunlaşdırılıb”, – deyə ASC-dən qeyd edilib.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir