Cəmiyyət

Azərbaycanda iki nəfərə qarşı bir milyon manata yaxın dələduzluq edilib

Sharing is caring!

Xaricdən kartof gətirəcəyi adı ilə vətəndaşları aldadan şəxs saxlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə cari ilin may-sentyabr aylarında xaricdən kartof gətirəcəyi adı ilə aldadan şəxsin Cəlilabad rayon sakini olan bir nəfərdən 265 000 manat, Gədəbəy rayon sakini olan bir nəfərdən isə 647 000 manat pul alması barədə müraciət daxil olub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.  

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Ceyhun Zeynalov tutulub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir