Cəmiyyət

Azərbaycan iranlı narkotaciri İnterpol xətti ilə axtarışa verib

Sharing is caring!

Azərbaycan iranlı narkotaciri “qırmızı bülleten”lə beynəlxalq axtarışa verib.

APA xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Bildirilib ki, İran İslam Respublikasının vətəndaşı, 1980-ci il təvəllüdlü Tohid Əhmədzadədehqan qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilir.

Onun barəsində Azərbaycan məhkəmələri tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib və onun saxlanılması ilə bağlı beynəlxalq axtarış elan edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir