Cəmiyyət

Bakının iki rayonunda qaz olmayacaq

Sharing is caring!

SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Qum adası-Bayramzadə İEM” yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar bu gün  “Qum Məişət (Qİİ)”, “ALKO”, “Naximov”, “Müşviq əhali”, “Gilan”, “Quru Yük Limanı”, “Dəniz donanması”, “F-centr”, “Azərsu Nəqliyyat” və “Zığ gəmi təmiri” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İstehsalat Birliyindən Oxu.Az-a verilən məlumata görə, təmir işləri aparılan müddətdə Xətai rayonunun Müşviq, Qvardiya və Azadlıq küçələrinin, Suraxanı rayonunun isə Qum adası yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir