Cəmiyyət

8 Noyabr – Zəfər Günü münasibəti bir sıra silsilə tədbirlər həyata keçirilib – FOTO

Sharing is caring!

Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə 8 Noyabr – Zəfər Günü münasibəti bir sıra silsilə tədbirlər həyata keçirilib.

AKTİ-yə üzv təşkilatların rəhbərlərinin və Azərbaycan könüllülərinin iştirakı ilə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı ziyarət olunub.

Daha sonra II Şəhidlər xiyabanı ziyarət edilərək, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qələbəni bizə yaşadan şəhidlərimizin məzarına güllər düzülüb. 

200-ə yaxın Azərbaycan könüllüsünün iştirak etdiyi ziyarətdə torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi hörmət və ehtiramla yad edilib.

Azərbaycan Könüllülərinin iştirakı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Dəmir Yumruq” intellektual yarışı baş tutub. 

“Nə? Harada? Nə zaman?” formatında həyata keçirilən yarışın məqsədi könüllülərin intellektual bilik və bacarıqlarının möhkəmləndirilməsi, asudə vaxtlarının səmərəli təşkil olunması, eləcə də təşkilatlar arasında əlaqələrin möhkəmləndirilməsi olub. İttifaqa üzv təşkilatları təmsil edən 60 könüllüdən ibarət 12 komanda mübarizə aparıb.

Eyni zamanda 44 günlük Vətən müharibəsinin ikinci ildönümünə həsr olunmuş “Zəfər Liqası 2022” futbol turniri həyata keçirilib. Turnirdə İttifaqa üzv təşkilatları təmsil edən könüllülərdən ibarət komandalar mübarizə aparıb. Mərhələli şəkildə davam edən turnirin qalibləri isə 11 noyabrda baş tutacaq final oyununda müəyyən olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir