Cəmiyyət

SOCAR talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyasına başlayıb – FOTO

Sharing is caring!

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyasına start verilib.

Bu barədə Dövlət Neft Şirkəti məlumat yayıb. 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başladılan “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində SOCAR-ın Baş ofisinin inzibati binasında növbəti qanvermə aksiyası keçirilib.

Talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara köməklik göstərmək məqsədilə könüllü olaraq keçirilən “Donor günü” xeyirxah aksiyasında hər il olduğu kimi bu il də SOCAR əməkdaşları fəal iştirak ediblər.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin tibb personalının iştirakı ilə həyata keçirilən aksiyada SOCAR-ın Baş ofisinin inzibati binasında çalışan əməkdaşlar qan veriblər.

“Talassemiyasız həyat naminə” proqramına SOCAR 2009-cu ildən qoşulub və hər il SOCAR əməkdaşları bu xeyirxah aksiyada iştirak edirlər.

SOCAR-ın bütün idarə və müəssisələrində təşkil olunacaq aksiya 2023-cü ilin may ayınadək davam edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir