Cəmiyyət

Bakının mərkəzində sakinlər ölümlə üz-üzə – VİDEO

Sharing is caring!

Paytaxtın Yasamal rayonu, Cəfər Cabbarlı 4 ünvanında yerləşən binanın sakinləri uzun müddətdir təhlükəli vəziyyətlə üz-üzə qalıblar.

1914-cü ildə inşa edilən, 2001-ci ildə isə tarixi-memarlıq abidəsi kimi qeydiyyata alınan bina 30 ildir qəzalı vəziyyətdədir. 1 əsrdən çox yaşı olan binanı dəmir dirəklər sayəsində ayaqda saxlamağa çalışırlar.

Bu qəzalı bina hər gün gözəlləşən paytaxt Bakının düz mərkəzində yerləşir. Elə bir yerdə ki, aidiyyəti qurumların nümayəndələri hər gün bu mənzərəni seyr edirlər. İçində nə baş verdiyi bəlli olmaya bilər, amma çöldəki görüntü özü danışır. Daha doğrusu, vəziyyətin nə yerdə olduğunu açıq-aydın bəlli edir. 

Hər gün ölüm təhlükəsi ilə üzləşən bina sakinlərinin nə vaxt təxliyə olunacağı, həmçinin tarixi memarlıq abidəsinin bərpa prosesi ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, problemin aradan qaldırılması istiqamətində yaxın zamanda işlərə başlanılacaq.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir