İqtisadiyyat

Azərbaycan elektrik enerjisinin ixracını 80%-dən çox artırıb

Sharing is caring!

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 2 546,8 mln. kVt-saat elektrik enerjisi ixrac edib, bu da illik müqayisədə 83,55% çoxdur.

Bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə Azərbaycan 126,3 mln. kVt-saat elektrik enerjisi idxal edib, bu da 10,4% azalma deməkdir.

Qeyd edək ki, ilin yanvar-noyabr aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 978,2 mln. kVt-saat, yəni 3,9% artaraq 26 260,3 mln. kVt-saat olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir