İqtisadiyyat

Mikayıl Cabbarov: “Gömrük işinin təşkilinə və inkişafına töhfə verən həmkarlarımızı təbrik edirik”

Sharing is caring!

“Ölkəmizdə gömrük işinin təşkilinə və inkişafına töhfə verən həmkarlarımızı peşə bayramı münasibəti ilə təbrik edir, işlərində uğurlar və yeni nailiyyətlər arzulayırıq”.

Bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.

Xatırladaq ki, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən az sonra – 1992-ci il yanvarın 29-da müstəqil gömrük sisteminin əsası qoyulub. Gömrük dövlət xəzinəsini gəlirlə təmin edən ən mühüm dövlət orqanlarından biridir. Bu gün, yanvarın 30-da Azərbaycan Respublikası gömrük orqanlarının yaradılmasının 31-ci ildönümü qeyd olunur.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir