Cəmiyyət

Övladının anasına görə keçmiş arvadının qohumunu qətlə yetirdi – VİDEO

Sharing is caring!

Anar Salmanov qonşusunun arvadına sataşdığını düşünüb, onu qətlə yetirib. Hadisə 2021-ci il oktyabrın 30-da Yeni Suraxanı qəsəbəsində baş verib. 

İstintaqla məlum olub ki, oktyabrın 15-də Anar Salmanovun qonşusu Zakir Hüseynov onun evdə olmadığını bildiyi halda pəncərəni döyüb, arvadı Nigar Məmmədlidən onu soruşub. Anar qonşusunun yoldaşına sataşdığını düşünərək, onu cəzalandırmaq qərarına gəlib. Oktyabrın 29-u saat 23 radələrində yaşadığı evin pəncərəsindən Zakir Hüseynovun doğmalarının ünvanına nalayiq ifadələr işlətdikdə qonşusu öz evindən çıxıb, onun yaşayış sahəsinə daxil olub. Aralarında başlayan davanın qarşısını almağa çalışan Zakirin atası və bacısının gözü önündə Anar bıçaqla onun sinəsinə və qarın nahiyəsinə iki dəfə zərbə vurub. Bununla da Anar Salmanov Zakir Hüseynovun həyatına son qoyub.

Anar Salmanov bildirib ki, 2020-ci ildə Nərgiz Hüseynzadə ilə evlənib. Onunla ailə həyatı qurmamışdan əvvəl, 2015-ci ildə sosial şəbəkə vasitəsilə Nigar Məmmədli ilə tanış olub. Nigar Sərxan adlı şəxslə evli olsa da, onunla mütəmadi görüşüb. 2021-ci ilin yanvar ayında Nigardan qızı dünyaya gəlib. Bir müddət sonra Nigar ərinə uşağın atasının Anar olduğunu etiraf edib. Buna görə onlar boşanıblar. Daha sonra Anarla Nigar arasında olan münasibətdən xəbər tutan arvadı Nərgiz küsüb, atasının evinə gedib və məhkəmə yolu ilə ondan boşanıb. Bundan sonra Anar Yeni Suraxanı qəsəbəsində Nigar və övladı ilə yaşayıb.

Qonşuluqda yaşayan Zakir Hüseynov keçmiş arvadı Nərgizin qohumu olub. Boşandığı üçün qonşusu və ailə üzvləri onunla ədavət aparmağa başlayıblar. Hadisədən iki həftə əvvəl Nigar zəng edərək Zakirin pəncərəni döyüb, onun evdə olub-olmadığını soruşduğunu və sonra atmacalı sözlər söyləyərək, zarafat etdiyini deyib. Anar bunu bilib, evə gəlib və qonşusuna zəng edib, onu niyə axtardığını soruşub. Zakir gəlib evin pəncərəsindən onu soruşduğunu etiraf edib.

Oktyabrın 29-u qonşusu yenidən Nigarın əvvəlki evliliyindən olan övladı barədə bildiklərini ondan təkrar maraqlanmağa başladıqda bunları onu alçaltmaq üçün soruşduğunu düşünüb. Axşam həyətə gələndə evin qarşısında Zakirin atasını görüb. Ona oğlu haqqında təhqiredici sözlər deyib. Yüksək səslə nalayiq ifadələr işlədib ki, evdə olan Zakir eşitsin. Öz evinə daxil olanda qapını arxadan bağlamayıb. Ardınca evə Zakir girib. Anarın gözünə mətbəxdə bıçaq sataşıb, onu götürüb qonşusunun qarşısına gedib. Niyə söyüş söydüyünü soruşan Zakirə iki dəfə zərbə vurub. İçəri daxil olan Zakirin atası masanın üzərindəki boşqabı götürüb, ona tərəf atıb. Boşqab onun sol tərəfinə dəyib və yerə düşərək sınıb. Zakirin bacısı da ona hücum edərək, əl atıb. Onlar köməkləşib, yerdə uzanan Zakiri evdən çıxararaq həkimə aparıblar. Bundan sonra Anar qapını bağlayıb, bıçağı masanın üzərinə qoyub. Nigarla uşağı təcili qohumlarıgilə aparıb. Telefonla əlaqə saxlayan polis əməkdaşı ilə danışandan sonra Yeni Suraxanı dairəsinə gəlib və təslim olub.

Məhkəmə iclasında Anar Salmanov ittiham üzrə özünü təqsirli bilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Salmanov 17 il müddətinə azadlıqdan məhrum olunub.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir