Cəmiyyət

Ürək-damar cərrahı: “Qızlar siqaret çəkməsin” – VİDEO

Sharing is caring!

“Süni ürək köçürülən insanların xarakteri, hissləri dəyişmir. Bu da onu göstərir ki, ürək əslində hissiyyat dünyamızda mərkəzi rol oynamır”.

Bunu Baku TV-də yayımlanan “O kimdir?” verilişinin budəfəki qonağı ürək-damar cərrahı Kamran Musayev deyib.

Həkimin sözlərinə görə, sevilmək dünyanın ən müsbət hissidir. Bu insanlarda ürək xəstəliklərinə daha az rast gəlinir. “İnsan ürəyi hər cür yükü daşıyır, onun daşıya bilməyəcəyi yük yoxdur”, – deyə ürək yorğunluğundan danışan cərrah qeyd edib.

K.Musayev açıq ürək əməliyyatının çətinliklərindən, kişilərin qadınlardan daha çox infarkt keçirməsindən də bəhs edərək ürək xəstəliklərinin qarşısını almaq üçün tövsiyələr verib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir