Cəmiyyət

Bakıda reyd: “20 yanvar” dairəsində qanunsuz sərnişin daşıyan sürücülər cərimələndilər – VİDEO

Sharing is caring!

Paytaxtda ictimai nəqliyyatın tənzimlənməsi və yolların buraxılış imkanlarının artırılması üçün Dövlət Yol Polisi və Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları reydlərə başlayıblar.

Xezerxeber.az-ın məlumatına görə, Bakının “20 yanvar” dairəsi ətrafında reyd keçirib.

Qayda pozuntularına yol verən sürücülər cərimə ediliblər.

Qeyd edək ki, günün istənilən saatında “20 yanvar” dairəsi ətrafından Sumqayıt, Xırdalan şəhərləri və müxtəlif ətraf qəsəbələrə taksi və kiçiktutumlu digər avtomobilərlə qeyri-qanuni sərnişin daşıyan xeyli sürücü olur. Onlar metrodan çıxanları aparmaq üçün avtomobili yolun hərəkət hissəsində saxlayırlar. Onsuz da hərəkətin intensiv olduğu bu günlərdə həmin ərazidə vəziyyət daha da gərginləşdirilir.

Reyd zamanı qanunsuz sərnişindaşıma ilə məşğul olduğu iddia edilən bəzi sürücülər yol polisinə tabe olmayaraq ərazidən qaçmağa cəhd ediblər. Amma polis onları da saxlayaraq barələrində cərimə tətbiq edib.

Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov deyib ki, aşkar edilən sürücülərin sərnişin daşımaları üçün fərqlənmə nişanları olmadığından onların fəaliyyəti qanunsuz hesab edilir. Buna görə də onların avtovağzal ərazisində daxil olması mümkünsüzdür. 

Amma görünən odur ki, edilən xəbərdarlıq və yazılan cərimələr bu yolda hərəkətin tənzimlənməsində çıxış yolu deyil. Ərazidən qovulan sürücülər, bir müddət “20 yanvar” dairəsinə yaxın ərazidə sıra ilə durub aidiyyəti qurumların getməsini gözləyirlər. Görünür, bu ərazi ilə bağlı daha ciddi tədbirlər görülməlidir. Əks halda xaotik vəziyyət hər keçən gün daha da artacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir