Cəmiyyət

Ağamirzə Məmmədov: “Həkimlər deyirlər ki, Ağakərimin çarəsi yoxdur”

Sharing is caring!

“İki gün əvvəl Ağakərimin yanında idim. O, artıq uzun müddətdir ki, evdə uzanıqlı vəziyyətdə qalıb. 10 dəfə salam verdim, ancaq üzümə baxır”.

Bu sözləri meyxanaçı Ağamirzə Məmmədov Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

Söz xiridarı 58 yaşlı həmkarı Kərim Novruzovun (Ağakərim) səhhətində heç bir irəliləyişin olmadığını və danışıq qabiliyyətini itirdiyini açıqlayıb.

“Bəzi dərmanlar qəbul etmişdi, danışa bilmirdi. Dedilər ki, 3-4 saatdan sonra dərmanın təsiri gedəcək və o, danışacaq. Lakin danışmadı, indi də danışa bilmir. Ağakərimin yanında olanda o yalnız diqqətlə gözlərimin içinə baxırdı. Hiss edirəm ki, məni tanıyır. Həkimlər deyirlər ki, Ağakərimin çarəsi yoxdur. Nə qədər yaşadı, yaşadı”.

Qeyd edək ki, 2017-ci ildə Ağakərimin beyninə qan sızıb. Meyxanaçı ötən ilin dekabrında ikinci dəfə insult keçirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir