Cəmiyyət

Xoş niyyətli qonşuluq və nümunəvi tərəfdaşlıq

Sharing is caring!

       Prezident İlham Əliyevin oktyabrın 24-də Gürcüstana səfəri ikitərəfli münasibətlərə yeni təkan verdi. Baş nazir İrakli Qaribaşvilinin dəvəti ilə həyata keçirilən bu səfər zamanı iki ölkə arasında bir çox sahədə əlaqələrin daha da şaxələnməsinin vacibliyi vurğulandı və qarşılıqlı maraq doğuran məsələlər ətrafında danışıqlar aparıldı. Regionda yaranmış yeni reallıqlar və dünyada gedən mürəkkəb proseslər iki ölkəni bir-birinə yaxınlaşdıran yeni şərtlər formalaşdırır.

        Prezident İlham Əliyev Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələri dəyərləndirdi və qeyd etdi ki, bunlar ikitərəfli əməkdaşlığı daha da gücləndirir. 2022-ci ilin 9 ayı ərzində isə qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara yaxınlaşması, iqtisadi sahədəki əməkdaşlığın getdikcə daha çox sahəni əhatə etməsi qarşılıqlı münasibətlərin dinamik inkişafı üçün geniş perspektivlərin olduğundan xəbər verir.Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. 

         Dövlətimizin başçısı həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin artırılacağını da diqqətə çatdırıb: “Biz bunu 5 milyon tona çatdırmaq fikrindəyik. Bu məqsədlə bu il və gələn il bu layihəyə Azərbaycan tərəfindən əlavə sərmayə qoyulacaq. Artıq bütün sərmayələr hazırdır və biz bu prosesə start vermişik. Çünki dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var”. Mətbuata verdiyi bəyanatda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili vurğuladı ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Gürcüstan eyni zamanda Azərbaycan üçün önəmli ölkədir. İki dost ölkənin reallaşdırdığı tarixi layihələr – Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta dəhliz layihələri bundan sonra da irəliyə aparılacaq və onları daha da sürətləndirmək əzmindəyik.  Gürcüstan prezident İlham Əliyevin Cənubi Qafqazda əməkdaşlıq formatının yaradılması barədə Praqada irəli sürdüyü təşəbbüsü də birmənalı şəkildə dəstəkləyir. 

Regionumuzdakı mehriban qonşuluq əlaqələri əməkdaşlığı gücləndirəcək və əminəm ki, biz bir yerdə çox işlər görə biləcəyik.

Səməd Mustafayev,

Cəlilabad rayonu, Qarazəncir kənd İnzibati-Ərazi Dairəsi üzrə nümayəndə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir