Cəmiyyət

Xaçmazda peşə məktəbinin yataqxanasında yanğın baş verib

Sharing is caring!

Xaçmazda peşə məktəbinin yataqxanasında yanğın baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 5 mərtəbəli binada tüstülənmə qeydə alınıb. Binada yaşayanların təxliyəsi həyata keçirilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

FHN-in mətbuat xidmətindən bildirilib ki, 112 qaynar xəttinə Xaçmaz şəhərində 92 nömrəli peşə məktəbinin yataqxanasının zirzəmisində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Şimal Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub. FHN qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir