Cəmiyyət

Avtoxuliqanlıq edən Qusar sakinindən psixotrop maddə, beşbarmaq və bıçaq aşkarlanıb – VİDEO

Sharing is caring!

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Misrixan Əzizov saxlanılıb. Həmin şəxsin üzərinə və özünə məxsus avtomobilinə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin, bir ədəd bıçaq və bir ədəd beşbarmaq aşkar olunaraq götürülüb.

Məlumat üçün bildirək ki, M.Əzizov “BMW” markalı avtomobili ilə rayon ərazisində avtoxuliqanlıq edərək digər avtomobillərin hərəkətinə də ciddi maneələr törədib və real qəza şəraiti yaradıb.

Bütün faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Misrixan Əzizovun barəsində həbs qətimkan tədbiri seçilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir