Dünya

“Nottingem Forest” “Çelsi”nin hücumçusunu heyətinə qatıb

Sharing is caring!


İngiltərəli hücumçu Kallum Hadson-Odoi “Çelsi”dən “Nottingem Forest”ə keçib.

Bu barədə “meşəçilər”in rəsmi saytında bildirilib.

22 yaşlı futbolçu yeni klubu ilə üçillik müqavilə imzalayıb. O, 14 nömrə altında çıxış edəcək.

Hadson-Odoi “zadəganlar”ın heyətində 126 matça çıxıb, 16 qol vurub. London klubu ilə Çempionlar Liqası və Avropa Liqasının qalibi olub. O, ötən mövsümü icarə əsasında Almaniyanın “Bayer Leverkuzen” komandasında keçirib.

Klublar arasında razılaşmanın qiyməti 3 milyon funt sterlinq olub. Bu rəqəm gələcəkdə bonuslar da daxil olmaqla 5 milyon funt sterlinqə qədər yüksələ biləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir