Cəmiyyət

Azərbaycanda vəkillər eyni saatda digər proseslərdə iştirak edə bilməyəcəklər

Sharing is caring!

Azərbaycanda vəkillər eyni saatda digər proseslərdə iştirak edə bilməyəcəklər.

“Report”un xəbərinə görə, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Vəkillik və İKT, müasir çağırışlar” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bunun üçün müəyyən sistem olmalıdır və hakim də bununla vəkilin həmin vaxt başqa prosesinin olub-olmadığını öyrənə bilsin:

“Nəticə etibarilə bir vəkil eyni vaxtda digər proseslərə çağırılmasın. Bu məsələ ilə bağlı Ədliyyə Nazirliyinin rəsmi şəxslərinə müraciət etmişəm”.

Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova isə deyib ki, bu məsələ nazir Fikrət Məmmədova məruzə edilib:

“Nazir bu məsələnin həll olunmasına həssaslıqla yanaşıb və yaxın vaxtlarda icra olunması ilə bağlı tapşırıq verib”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir