Cəmiyyət

Mingəçevirdə güclü külək iri ağacları aşırıb – FOTO

Sharing is caring!

Güclü külək Mingəçevirdə iri ağacları aşırıb.

Trend xəbər verir ki, qəfil güclənən külək nəticəsində şəhərin bir neçə küçə və prospektində, park və xiyabanlarında irigövdəli ağaclar kökündən qopub.

Təbiət hadisəsi zamanı şəhərin “Sahil parkı” və “Heydər parkı” ərazilərində nəhəng sərv və şam ağacları aşırıb. Təbiət hadisəsi zamanı xəsarət alan olmayıb. 

Qeyd edək ki, bölgədə qeyri-sabit hava şəraiti davam edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir