Cəmiyyət

Bakı Beynəlxalq Konfransının iştirakçıları Ağdama səfərə gediblər – FOTO

Sharing is caring!

“Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransının iştirakçıları Ağdama səfər ediblər.

“Report”un Qarabağ bürosunun məlumatına görə, səfərdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) də iştirak edib.

Beynəlxalq konfransın iştirakçılarının işğaldan azad edilmiş Ağdam rayonuna səfərləri çərçivəsində nümayəndə heyətinə Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə, eləcə də tarixi və mədəni abidələri dağıtması və məhv etməsi barədə faktlarla bağlı məlumat verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir