İdman

Qabriel Jesus “Lester”ə, “Mançester Siti” “Bornmut”a aman vermədi – VİDEO

Sharing is caring!

İngiltərə Premyer Liqasında II tur davam edir.

Oxu.Az xəbər verir ki, günün ilk oyununda “Aston Villa” “Everton”la qarşılaşıb.

Bir zamanlar İngiltərə millisində komanda yoldaşı, Premyer Liqada isə “Çelsi” və “Liverpul”un əfsanələri kimi rəqib olan Frenk Lempardla (“Everton”) Stiven Cerard (“Aston Villa”) bu dəfə baş məşqçi kimi rəqib olublar.

Görüş “Aston Villa”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Arsenal” isə doğma meydanda “Lester”i sınağa çəkib.

Braziliyalı hücumçu Qabriel Jesusun iki qol, iki məhsuldar ötürmə ilə qəhrəman olduğu matçı “topçular” 4:2 hesablı qələbə ilə başa vurublar.

Günün maraqlı qarşılaşmalarından biri də Mançesterdə keçirilib.

“Mançester Siti” “Bornmut”u darmadağın edib – 4:0.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir