Cəmiyyət

Cəbrayılda “Dostluq meşəsi” yaradılacaq

Sharing is caring!

“Cəbrayıl rayonunda təməli qoyulan Azərbaycan-Türkiyə beynəlxalq təlim-tədris mərkəzinin ərazisində “Dostluq meşəsi” yaradılacaq”.

Oxu.Az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, “Dostluq meşəsi”nin ümumi sahəsi 20 hektara yaxın olacaq:

“Ön hissədə olan 40 hektar ərazidə terraslarda meşəliklər salınacaq. Meşə ərazisində yerli ağac, kol tingləri əkiləcək. Layihə ümumi 105 hektar ərazini əhatə edir. Bu ilin iyul ayında tikinti və torpaqlama işlərinə start verilib”.

O qeyd edib ki, layihə 2024-cü ilin birinci yarısında başa çatdırılacaq və mərkəz fəaliyyətə başlayacaq.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir