Cəmiyyət

“Azəriqaz” rəsmisi: “Vətəndaşların sayğaclardan detektorları ayırması təhlükə yaradır”

Sharing is caring!

“Cari ilin 9 ayı ərzində 5 partlayış və yanğınla müşahidə olunan hadisə olub”.

Oxu.Az xəbər verir ki, bu fikirləri “Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov deyib.

O bildirib ki, qeydə alınan hadisələr zamanı heç bir ölüm halı baş verməyib:

“Araşdırma zamanı müəyyən olunub ki, həmin yerlərdə qaz təchizatı kustar üsulla aparılıb. Bu məqamlar olmasın deyə metan və dəm qazına qarşı həssas detektorlar quraşdırılmalıdır. Birlik tərəfindən quraşdırılan sayğacların kənarında bu həssas detektorlar var. Sızma olan zaman dərhal sistem qapanır. Bəzən şahidi oluruq ki, vətəndaşlar o detektoru ayırır ki, siqnal gəlməsin. Təbii ki, bu, təhlükə yaradır”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir