Cəmiyyət

Bakıda 34 yaşlı şəxs kafenin qarşısında bıçaqlandı

Sharing is caring!

Bakıda bıçaqlanma hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu Sabunçu qəsəbəsində yerləşən “Qartal” kafesinin qarşısında qeydə alınıb.

31 yaşlı Ömərov Fərruz Xəlil oğlu burada 34 yaşlı Pənahov Elvin Valeh oğluna bir ədəd bıçaq zərbəsi vurub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində F.Ömərov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir