İdman

İspaniyalı mütəxəssis: “Barselona” hücumda çox effektiv oynayır”

Sharing is caring!

“Vilyareal”ın baş məşqçisi Unai Emeri “Barselona”ya uduzmalarını (0:3) şərh edib.

50 yaşlı mütəxəssis etiraf edib ki, artıq oyundan əvvəl “Barselona”nın təhlükəli rəqib olduğunu biliblər:

“Təhlükəli rəqibə qarşı oynayacağımızı başa düşürdük. “Barselona” hücumda çox effektivdir. Onlara layiqli müqavimət göstərə bilmədik, lakin əllərimizi yanımıza sallamırıq”.

Qeyd edək ki, 10-cu turdan sonra “Vilyarreal” La Liqada 10-cu yerdədir.

Mənbə: Mundo Deportivo

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir