Cəmiyyət

9 yaşlı qız böyrək çatışmazlığından əziyyət çəkir: Donoru tapılsa da, əməliyyat üçün 7 min manatı əskikdir

Sharing is caring!

2013-cü il təvəllüdlü Əsədova Gülnarə Bəxtiyar qızı anadangəlmə xroniki böyrək çatışmazlığından əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun atası Əsədov Bəxtiyar Şəmil oğlu məlumat verib.

O qeyd edib ki, 9 yaşlı övladı təcili əməliyyat edilməlidir:

“Övladımın donoru özüm olacağam və əməliyyat İran İslam Respublikasında baş tutacaq. Bu əməliyyatın icrası üçün bizdən 17 min manat tələb olunur. 10 min manatını toplasaq da 7 min manat əskiyimiz qalıb. İmkanı olan şəxslərdən övladımın sağala bilməsi üçün yardım istəyirəm.

Bizi bu çətin günlərimizdə tək qoymasınlar. Bildirim ki, qızım böyrəyindəki problemə görə təbii ehtiyaclarını ödəyə bilmir və bu hal ona yüksək hərarət verir. Günlərlə hərarəti 39 dərəcədən aşağı düşmür”.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən vətəndaş Əsədova Gülnarə Bəxtiyar qızının valideyni ilə əlaqə saxlanılıb:

“Övladının xroniki böyrək çatışmazlığından əziyyət çəkdiyini bildirən valideyn xəstəliklə bağlı cərrahi əməliyyatın icrasının (böyrək köçürülməsi) İran İslam Respublikasında aparılmasını xahiş edib. Vətəndaşa cərrahi əməliyyatın hazırda Xidmətlər Zərfi ilə təminata alınmadığı bildirilib”.

Ailə ilə əlaqə nömrəsi: 077 587 48 65

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir