Cəmiyyət

Ukraynada müharibədə daha bir azərbaycanlı həlak oldu – FOTO

Sharing is caring!

Ukraynada müharibədə daha bir Azərbaycan əsilli hərbçi həlak olub.

Bu barədə Ukrayna Azərbaycanlılarının Təşəbbüs Qrupunun rəhbəri Yalçın Qəhrəmanoğlu məlumat verib.

O, qeyd edib ki, mərhum 1966-cı ildə anadan olub və bu ilin martından Rusiyaya qarşı müharibədə iştirak edib.

“Vahid Əzim oğlu Əzizov Luqansk cəbhəsindəki döyüşlərdə minaatan hücumları zamanı həlak olub”, – deyə Qəhrəmanoğlu bildirib.

Onun sözlərinə görə, son səkkiz ayda Ukraynanın ərazi bütövlüyü, suverenliyi və azadlığı uğrunda genişmiqyaslı Rusiya-Ukrayna müharibəsi zamanı həlak olan azərbaycanlıların sayı 20 nəfəri ötüb.

Mənbə: QIRIM.News

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir