Dünya

“Çelsi” 16 yaşlı hücumçu üçün 60 milyon avro ödəyəcək

Sharing is caring!


“Palmeyras”ın 16 yaşlı hücumçusu Estevao Villian karyerasını İngiltərə Premyer Liqasının top-klubunda davam etdirə bilər.

Apasport.az bu barədə “DeadlineDayLive” nəşrinə istinadla xəbər verir.

Mənbənin məlumatına görə, Londonun “Çelsi”si istedadlı braziliyalını transfer etməkdə maraqlıdır.

“Təqaüdçülər”in nümayəndələri oyunçu ilə müqavilə danışıqları aparmaq üçün Braziliyaya uçublar.

Qeyd edək ki, Villianın transferi üçün təzminat məbləği 60 milyon avrodur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir