Cəmiyyət

Şəkidə mikroavtobusla avtomobil toqquşub: Xəsarət alanlar var

Sharing is caring!

Şəkidə sərnişin mikroavtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Ford Tranzit” markalı yük avtomobili ilə VAZ-2112 markalı minik avtomobili toqquşub.

Qəza zamanı VAZ-da olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir