Cəmiyyət

Nazirlikdən Buzovna çimərliyində aşkarlanan suiti cəsədi ilə bağlı AÇIQLAMA – FOTO

Sharing is caring!

Xəzər dənizi sahilində suiti cəsədi tapılıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Xəzərin Buzovna sahilinə düşən hissəsində tapılan heyvanın bədənində deşiklərin olması onun tora ilişərək yox, güllə yarasından ölməsi ehtimalını yaradıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru Mehman Axundov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Buzovna sahillərində ölmüş suitinin müşahidə olunması ilə bağlı sosial şəbəkədə yayılmış görüntülər əsasında ərazidəki suiti cəsədinə vizual baxış keçirilib:

“Müşahidələr zamanı cəsədin üzərində qırmaq izlərinin olduğu müəyyən edilib. Suitinin təbii amildən deyil, brakonyerler tərəfindən öldürüldüyü məlum olub”.

İlhamə Əbülfət

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir