Cəmiyyət

5 yaşlı Ayxanın üzərinə qaynar su tökülüb: 12 ildən sonra övlad sahibi olan ana fəryad edir – FOTO

Sharing is caring!

2017-ci il təvəllüdlü Məmmədov Ayxan Elnur oğlu ağır yanıq xəsarətləri alıb.

Bu barədə Oxu.Az-a onun anası Məmmədova Lalə məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, oğlunun üzərinə qaynar su dolu çaydan aşıb:

“Hadisə oktyabrın 15-i baş verib. Biz İmişli rayonunda yaşayırıq. Oğlumun vəziyyəti ağır olduğu üçün oradan birbaşa Bakıya göndərdilər. Rayondan Bakıda gələndə üzərimdə cəmi 17 manat pul olub. İndi isə 3 manatım qalıb. Mən 12 ildən sonra ana ola bilmişəm. 

Hazırda Bakıda xəstəxanalardan birində müalicə alırıq. Kürəyi suluq verib və şişib. Burada ona 3-cü dərəcəli yanıq diaqnozu qoyulub. 2 dəfə dəridəyişmə əməliyyatı olmalıdır. Bunun üçün bizə 1600 manat pul lazımdır”.

Ailə maddi vəziyyəti zəif olduğundan bu çətin günlərdən çıxa bilmələri üçün imkanlı şəxslərdən onlara dəstək olmalarını xahiş edir.

Əlaqə nömrəsi: 055 267 08 71 (anası Məmmədova Lalə)

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir