Cəmiyyət

Sevgilisini və onları ayırmaq istəyən bacısını bıçaqladı – TƏFƏRRÜAT

Sharing is caring!

Daxili İşlər Nazirliyi (DİN) Gəncə şəhərində 20 yaşlı qadının qeyri-rəsmi nikahda olduğu şəxs tərəfindən bıçaqlanmasına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Oxu.Az-a bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinə şəhər sakini 1993-cü il təvəllüdlü Gülnarə İsmayılovanın baş və sol bilək nahiyələrinin kəsilmiş-deşilmiş və 2002-ci təvəllüdlü Pərvanə İsmayılovanın isə bilək nahiyəsindən kəsik yaraları alaraq xəstəxanaya yerləşdirilmələri barədə məlumat daxil olub:

“Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan şəxslərə xəsarət yetirməkdə şübhəli bilinən, 1981-ci il tədbirləri Vüsal Rzayev saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, şübhəli şəxs qeyri-rəsmi yaşadığı G.İsmayılova ilə şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncuya bıçaqla xəsarət yetirib, bu zaman onları aralamaq istəyən P.İsmayılova da xəsarət alıb”.

Qeyd edək ki, G.İsmayılova ilə P.İsmayılova bacıdırlar.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir