Cəmiyyət

Minalardan təmizlənmə ən böyük problemlərdən biridir

Sharing is caring!

       Prezident İlham Əliyevin cari ilin 13 oktyabr tarixində Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxışında Azərbaycan Prezidenti cənab İlham Əliyev bir sıra mühüm məsələlərdən bəhs edib ki, bunlardan da biri işğaldan azad olunmuş ərazilərin ermənilər tərəfindən minalanması ilə bağlı oldu. Dövlətimizin rəhbəri göstərdi ki, Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır.

           Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir, bunlardan sonuncusu isə bu ilin sentyabr ayında törədilib.  Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur oldu. Bütün bu təxribatlara görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

       Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib.

Azərbaycan Prezidentinin bu fikirləri Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesinin indiki fazasında süni gərginlik yaratmaq, siyasi manevrlərə baş vurmaq, yuxarıda da bildirdiyimiz kimi, məğlub Ermənistan üçün sərfəli şərtlər formalaşdırmaq istəyənlərə qarşı prinsipial cavabdır. Bu cavab, eyni zamanda ermənilərin Qarabağ avantürasının heç bir halda bundan sonrakı danışıqlar masasına gətirilməyəcəyinin təsdiqidir.

     Sadiq Şahbazov,

Cəlilabad şəhərinin sakini, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir