Cəmiyyət

Baş nazirin müavini və general-mayor magistral su xəttində baş vermiş qəza yerinə gediblər

Sharing is caring!

“Qaradağ rayonu ərazisində su magistralının partlaması nəticəsində yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir”.

Oxu.Az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov deyib.

Füzuli Əsədovun sözlərinə görə, hazırda hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki Müdafiə qoşunlarının şəxsi heyəti cəlb olunub.

“Əraziyə Nazirliyin 10-dan artıq texnikası və 14-ə yaxın nasosu gətirilib. Məqsədimiz ilk növbədə magistral yolun tam açılmasına nail olmaqdır. Bununla bağlı görülən tədbirlər nəticəsində artıq yolda hərəkət qismən təmin olunub”.

Oxu.Az-a açıqlamasında baş nazirin müavini Şahin Mustafayev isə bildirib ki, Bakı-Qazax yolunda su borusunda baş verən partlayışa görə şəhər ərazisində, həmçinin Lökbatan qəsəbəsində suyun verilməsində problem yaranmayıb.

Nazir müavini qeyd edib ki, hazırda hadisənin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir