Cəmiyyət

Xınalıq kəndinə su və kanalizasiya xətti çəkiləcək

Sharing is caring!

“Quba rayonun Xınalıq kəndi 2023-2024-cü ildə UNESCO-nun Dünya İrs Siyahısına salınması üçün layihə hazırlanır”.

Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

O bildirib ki, hazırda kənddə bərpa-quruculuq işləri görülür:

“16 ev təmir olunub. Bu ilin sonuna isə daha 11 evin bərpası nəzərdə tutulub. Bunun üçün İrandan mütəxəssislər dəvət olunub”.

Sədr qeyd edib ki, UNESCO-nun tələbinə əsasən kəndə su və kanalizasiya xətti çəkiləcək. 

Qeyd edək ki, Dövlət Turizm Agentliyinin tabeliyində olan “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu 2019-cu ildə UNESCO-nun Dünya İrs Komitəsinin ilkin siyahısına daxil edilib.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir