Cəmiyyət

Fərdi evlərin arasında qanunsuz tikinti necə aparılıb? – VİDEO

Sharing is caring!

Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Fətəli Xan Xoyski küçəsində fərdi yaşayış evlərinin yaxınlığında aşkarlanmış qanunsuz tikili sökülür.

Tikinti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə daxil olmuş vətəndaş şikayətlərinə əsasən şəhərsalma nəzarəti qaydasında aparılmış monitorinq nəticəsində məlum olub.

Belə ki, sözügedən ünvanda fərdi yaşayış evinin tikildiyi bildirilsə də, inşaat işlərinin aparıldığı torpaq sahəsi üzrə şəhərsalma qanunvericiliyinin tələbləri, xüsusilə sıxlıq və ara məsafəsi əmsalları kobud şəkildə pozulub.

Komitədən bildirilib ki, həmin obyektlə bağlı Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə uyğun tikintiyə icazə proseduru həyata keçirilməlidir.

Daha ətraflı Baku TV-nin süjetində:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir