Cəmiyyət

DİN-dən Tovuzdakı qəbiristanlıqda silahlı insident baş verməsi xəbərinə REAKSİYA

Sharing is caring!


Daxili İşlər Nazirliyi (DİN) Tovuzda qəbiristanlıqda silahlı insidentin baş verməsi ilə bağlı mediada yayılan xəbərlərə münasibət bildirib. 

Bununla bağlı Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov açıqlama verib. 

Onun sözlərinə görə, Tovuz rayonunda qəbiristanlıqda silahlı insident olması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir:

“İlk növbədə qeyd edim ki, yazıda adı qeyd edilən Rəhimli kəndi Tovuz rayonunda deyil, Goranboy rayonunda yerləşir. Sözügedən hadisə də 2023-cü ilin aprel ayında Goranboy rayonunda baş verib və hadisəni törətməkdə şübhəli şəxs Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib”.

Samir İsayev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir