Cəmiyyət

Şəmkirdə yük avtomobili elektrik dirəyinə çırpıldı: Xəsarət alanlar var

Sharing is caring!

Şəmkir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, hərəkətdə olan “Ford” markalı kiçiktutumlu yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Qəza nəticəsində Şəmkir rayon sakinləri, 1977-ci il təvəllüdlü V.Cəfərov və 1956-cı il təvəllüdlü Ə.Cəfərova xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir